-->

Niger, Mali və Burkina-Faso birləşdilər

1720364008 668980707c4ca668980707c4cb1720287344668980707c4c8668980707c4c9

Niger, Mali və Burkina-Faso konfederasiyada birləşib.

 

Viral.az “France-Press” agentliyinə istinadən xəbər verir ki, üç ölkədəki hərbi hökumətlər dünən axşam Sahara Dövlətləri Alyansı Konfederasiyasının yaradılması barədə müqavilə imzalayıb.

Son Yazılar:

 

Bu üç ölkədə hərbçilər çevriliş nəticəsində hakimiyyətə gəlib və hələ mayın 18-də Nigerin paytaxtı Niamedə Sahara Dövlətləri Alyansı Konfederasiyasının formalaşdırılması barədə qərar veriblər.

 

Sənəddə qeyd olunur ki, bu dövlətlər vahid investisiya bankı və stabilləşdirmə fondu yaradacaq, diplomatik səylərini koordinasiya edəcək, kən təsərrüfatı, emal sənayesi və energetika sahələrində birgə layihələr üçün resurslarını birləşdirəcəklər.