Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Viral.az xəbər verir ki, bu barədə qərar partiya Ali Məclisinin bu gün keçirilən iclasında qəbul edilib.
Son Yazılar:
- Görkəmli pedaqoq, alim Əzizağa Quliyev dünyasını DƏYİŞDİ
- Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
- ABŞ idxal rüsumlarını tətbiq etməyə davam edəcək
VI çağırış Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi partiyada seçkilərlə bağlı bütün səlahiyyətlər İdarə Heyətinə verilib.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası indiyədək 10 partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb. Bunlar Müsavat Partiyası, Ümid Partiyası, Böyük Qurtuluş Partiyası, Demokratik İslahatlar Partiyası, Ana Vətən Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Yeni Azərbaycan Partiyası, Respublikaçı Alternativ (REAL) Partiyası, Ağ Partiya və Vətəndaş Həmrəyliyi partiyalarıdır.