İlk səfərini Şotlandiyaya etdi

Britaniyanın yeni seçilmiş Baş naziri Kir Starmer vəzifəsinə başladıqdan sonra ilk səfərini Şotlandiyaya edib.

 

Viral.az xəbər verir ki, o, bu gün Şotlandiya Leyboristlər Partiyasının lideri Anas Sarvarla görüşüb. Kir Starmer daha sonra Şotlandiyanın birinci naziri Con Svinni ilə danışıqlar aparacaq.

Son Yazılar:

 

Baş nazir hökumətin təyin edilməsindən 48 saat sonra Şotlandiyada olmağın şərəf və imtiyaz olduğunu deyib. O bildirib ki, 2019-ci ildəki seçkilərdə Şotlandiya üzrə Leyboristlər Partiyasından bir deputat seçilsə də, son seçkilərdə bu say 37 olub. Kir Starmer bu “tarixi nəticə”nin Leyboristlərə dəyişiklik üçün real mandat verdiyini deyib.

 

Qeyd edək ki, Kir Starmer Şotlandiya səfərindən sonra Birləşmiş Krallığın digər ölkələri olan Şimali İrlandiya və Uelsə də səfər edəcək.