“İrəvan” klubu AFFA-nın Lisenziya Komissiyası tələblərinə cavab verə bilmədiyinə görə növbəti mövsüm üçün I Liqa yarışlarında iştirak üçün lisenziya əldə edə bilməyib.
Viral.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bununla yanaşı, klub tərəfindən PFL-ə hər bir kluba apellyasiya müraciəti üçün təqdim edilən 10 günlük müddətdən istifadə edilməyəcəyi ilə bağlı elektron məktub ünvanlanıb.
Bütün bunları nəzərə alan qurum “İrəvan”ın lisenziyalaşdırma tələblərinə cavab vermədiyi üçün I Liqa yarışlarından kənarlaşdırılmasına qərar verib.
Son Yazılar:
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
- Bu tarixdən iş GÜNÜDÜR
Bu mövsüm I Liqada sonuncu yeri tutmuş “Araz Saatlı” klubu qarşıdakı mövsümdə I Liqada çıxış etmək üçün II Liqada ikinci yeri tutmuş “Cəbrayıl” komandası ilə pley-off matçlarında mübarizə aparacaq.