Kanada hakimiyyəti yanvar ayından İsrailə bütün növ silahların ixracını dayandırıb.
Viral.az TASS-a istinadla xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Uilyam Bleyr jurnalistlərə bildirib.
“Kanada çox sərt silah ixracı rejiminə malikdir. Kanada yanvar ayından bəri İsrailə heç bir silah ixrac etmək üçün bir icazə verməyib” – deyən Bleyr xatırladıb ki, müvafiq icazələrin verilməsi Kanada Xarici İşlər Nazirliyi tərəfindən tənzimlənir, lakin onun sözlərinə görə, bu nazirlik İsrailə silahların ixracı üçün əlavə icazələrin verilməyəcəyini açıqlayıb.
Son Yazılar:
- MİQ-ə sənəd verənlərin yaş aralığı – SİYAHI
- Dövlət başçısı iştirakçılara müraciət ETDİ
- Prezident bu əsəsnamədə dəyişiklik ETDİ
(redaktor.az)