Ərdoğan Pezeşkianla regionu müzakirə etdi 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

 

Viral.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Son Yazılar:

 

Telefon danışığı zamanı Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Ərdoğan Türkiyə ilə İran arasındakı əlaqələrin yeni dövrdə də hər sahədə inkişaf etməyə davam edəcəyinə inandığını bildirib.

 

Ərdoğan Pezeşkianı qələbə münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.