Birləşmiş Ştatlar hesab edir ki, BMT Təhlükəsizlik Şurasında Qəzza zolağı ilə bağlı yeni qətnamənin qəbulu faydalı olmayacaq və mövcud vəziyyətə təsir göstərə bilməyəcək.
Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-nin dünya təşkilatındakı daimi nümayəndəsinin müavini Robert Vud məlumat verib.
“Mövcud vəziyyətlə bağlı hər hansı əlavə qətnamə yəqin ki, faydalı olmayacaq və yerdəki vəziyyəti dəyişməyəcək”, – deyə o bildirib.
Son Yazılar:
- Dövlət başçısı iştirakçılara müraciət ETDİ
- Prezident bu əsəsnamədə dəyişiklik ETDİ
- İlham Əliyev bu qanunlara dəyişiklik etdi
Xatırladaq ki, daha əvvəl Əlcəzair BMT Təhlükəsizlik Şurasına Rəfahdakı döyüşləri dayandırmağa çağırılacaq bir qətnamə layihəsi təqdim edəcəyini açıqlayıb.
(redaktor.az)