“Möhtərəm cənab Prezidentin Sərəncamı ilə mənim və həmkarlarımızın ali rütbələrlə təltif olunması Azərbaycanın Xarici İşlər Nazirliyinin fəaliyyətinə verilən dəyərin göstəricisidir”.
Viral.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “X”dəki hesabında yazıb.
“Bu yüksək diqqət və etimada görə cənab Prezidentə təşəkkür edirəm!”, – A.Hacızadə əlavə edib.
Son Yazılar:
- Ermənistan və İran birgə hərbi təlimlər KEÇİRƏCƏK
- “TikTok”da tanımadığı qadının adına əxlaqsız səhifə açdı
- Məhkəmə Afiyəddin Məmmədov barəsində qərar VERDİ
Qeyd edək ki, dünən Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.