Şəhid atası vəfat etdi – FOTO

Vətən müharibəsi şəhidi Sadiq Bağırzadənin atası Şahin Bağırov vəfat edib.

Viral.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. 

Bildirilib ki, şəhid atası Astara rayonu Ərçivan qəsəbəsi sakini Şahin Bağırov xəstəlik səbəbindən dünyasını dəyişib. Mərhumun cənazəsi Astara rayonun Ərçivan qəsəbəsinin qəbristanlığında dəfn edilib.

Son Yazılar:

Qeyd edək ki, Sadiq Bağırzadə 2020-ci il sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Kəlbəcərin azad olunması”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!

Şəhid atası vəfat edib - FOTO