“Xiaomi”nin qatlanan smartfonlarını robotlar yaradacaq

Çinin “Xiaomi” korporasiyası smartfonlar üçün tam avtomatlaşdırılmış istehsal xəttinin istifadəyə verildiyini elan edib.

Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “PhoneArena” məlumat yayıb.

“Weibo” sosial şəbəkəsindəki paylaşımda “Xiaomi” yeni qatlana bilən smartfonların istehsalının tam avtomatlaşdırılacağını açıqlayıb. Şirkət qeyd edib ki, telefonlar “ağıllı yeni nəsil smartfonlar fabrikində” yığılacaq. 100 faiz robotlar tərəfindən yaradılacaq ilk cihazlar “Xiaomi Mix Fold 4” və “Mix Flip” olacaq.

Son Yazılar:

Nümayəndələr izah ediblər ki, zavodda bütün istehsal prosesləri süni intellekt (AI) və rəqəmsallaşdırma funksiyalarından istifadə etməklə avtomatlaşdırılıb. Fabrikə vəzifələri təyin edən, problemləri müəyyən edən və həll edən kompüter idarə olunur. Avtomatlaşdırılmış sistem həm də xammalın alınması və çatdırılması ilə məşğul olur. Göründüyü kimi, istehsal xəttində müntəzəm montaj mütəxəssisləri yoxdur.

“Xiaomi” verdiyi açıqlamada “ağıllı fabrikdə” yeni smartfonların istehsalına iyul ayında başlanacağını söyləyib. Şayiələrə əsasən, “Xiaomi Mix Flip” “Qualcomm Snapdragon 8 Gen 3” prosessoru və üçlü kamera alacaq. “Mix Fold 4” modeli dörd linzalı olacaq kamera ilə çıxacaq.

(redaktor.az)