Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Norveçin Baş naziri Jonas Gahr Store ilə telefon danışığı aparıb.
Viral.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı Türkiyə ilə Norveç arasındakı əlaqələr, İsrailin Qəzzada törətdiyi qətliamlar, qlobal və regional hadisələr müzakirə edilib.
Son Yazılar:
- Goranboyda sevgilisi qadını bıçaqladı, avtomobillə üzərindən KEÇDİ
- “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü: 1 il həbs VERİLDİ
- “Ukrayna dairəsi”nin yeni layihəsi hazırlandı
Prezident Ərdoğan İsrailin beynəlxalq hüquqa məhəl qoymayan ehtiyatsız hücumlarının dayandırılmasının və bölgədə daimi sülh üçün səylərinin artırılmasının vacibliyini bildirib.
O, Norveçin Fələstini tanıma qərarının bölgədə davamlı sülh, əmin-amanlıq, ədalət və iki dövlətli həll vizyonuna töhfə verdiyini qeyd edərək, Norveç hökumətini proses boyu atdığı dəqiq addımlara və qətiyyətli davranışına görə təbrik edib.