İyulun 9-da axşam saatlarında İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının Erebuni 33 ünvanındakı ofisinin yaxınlığında atışma olub.
Viral.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Son Yazılar:
- Qalib dövlətdən mükafat almaq ikiqat şərəflidir
- Ukrayna ABŞ-dan ilk kömür partiyasını qəbul ETDİ
- Rusiyalı nazir müavini Azərbaycan Prezidentinin nümayəndəsi ilə görüşdü
İrəvan Polis İdarəsindən bildirilib ki, atışma nəticəsində bir nəfər yaralanıb və o, Erebuni tibb mərkəzinə yerləşdirilib.
Odlu silahdan atəş açan şəxs, “Nor Areşen” restoranının sahibinin oğlu Q.Armen artıq saxlanılıb.
Hadisənin səbəbi barədə məlumat verilmir, lakin siyasi motivin olması da istisna edilmir.