İlham Əliyevin Pakistana səfəri GÖZLƏNİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 11-12-də Pakistana rəsmi səfəri gözlənilir.

 

Viral.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Son Yazılar:

 

Səfər Pakistan Baş naziri Şahbaz Şərifin dəvəti ilə baş tutacaq.

 

“Səfər çərçivəsində İlham Əliyev Pakistan Prezidenti Əli Zərdari və baş nazir Şahbaz Şəriflə görüşlər keçirəcək. Tərəflər ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq doğuran sahələr üzrə geniş müzakirələr aparacaqlar. Səfər zamanı bir sıra sazişlərin və memorandumların imzalanması gözlənilir. 

 

Azərbaycan Prezidentinin səfəri iki ölkə arasında möhkəm əməkdaşlığı və liderlik səviyyəsində dialoqu əks etdirir”, – açıqlamada bildirilir.