Simonyan Sankt-Peterburqa getməkdən qorxub 

Ermənistan aprlamentinin sədri Alen Simonyan iyulun 12-də Sankt-Peterburqda keçiriləcək MDB-nin parlamentlərarası assambleyasında iştirak etməyəcək.
Onun yeni təyin olunmuş köməkçisi Movses Arutyunyan spikerin səfərdən imtina etməsinin səbəbəini parlamentin növbədənkənar sessiyası ilə əlaqələndirib. Bildirib ki, növbədənkənar sessiya iyulun 11-də çağırılacaq.

Viral.az xəbər verir ki, Ermənistan KİV-ləri Alen Simonyanın Sankt-Peterburqa getməkdən imtina etməsinin qorxaqlıqla əlaədar olduğunu yazıb.
 

“Hraparak”ın məlumatına görə, növbədənkənar sessiyaya Simonyanın müavinlərinin sədrlik edəcəkləri gözlənilir.

Son Yazılar:

“Məsələ burasındadır ki, Alen Simonyan MDB Parlamentlərarası Assambleyasında Ermənistan nümayəndə heyətinin rəhbəridir və həmişə Ermənistan nümayəndə heyətinə rəhbərlik edib. Bu il iştirak etməməsinin səbəbi, bəzi məlumatlara görə, onun Rusiya əleyhinə açıqlamalarıdır. Bir vaxtlar Rusiyanın sevimli məmuru, bəzi yüksək rütbəli rus məmurları ilə isti münasibətdə olan Alen Simonyan indi Moskvanın “arzuolunmaz qonaqları” siyahısına düşüb. Mənbələrimizin verdiyi məlumata görə, bu münasibət ikitərəflidir, o, özü də nə vaxtsa anti-Rusiyaya çevrilib və bəyənmədiyi Soros dairələrinə assimilyasiya olunub”, – qəzet yazıb.