-->

Avtoxuliqanlıq görüntülərini sosial şəbəkələrdə paylaşan sürücülər tutuldu 

1720601485 668e47ceebd5b668e47ceebd5c1720600526668e47ceebd59668e47ceebd5a

Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan sürücülər aşkarlanıblar.

 

DİN-in Mətbuat xidmətindən Viral.az-a verilən xəbərə görə, gecə saatlarında təhlükəsizlik qaydalarına əməl etməyərək yüksək sürətlə motosiklet idarə edən Tural Əkbərov və idarə etdiyi avtomobillə avtoxuliqanlıq hərəkətlərinə yol verən Nicat Şamıyev müəyyən olunublar.

Son Yazılar:

 

Hər iki şəxs barəsində inzibati protokol tərtib edilib. Məhkəmənin qərarı ilə Tural Əkbərovun sürücülük hüququ 6 ay, Nicat Şamıyevin isə 1 il müddətinə məhdudlaşdırılıb.

 

Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbirlərlə avtoxuliqanlıq edərək həmin görüntüləri lentə alan və sosial şəbəkələrdə paylaşan Elmir Qarayev, eləcə də Elşən Mirzəyev müəyyən ediliblər. Bu sürücülər barəsində də inzibati protokollar tərtib olunub. Məhkəmənin qərarı ilə Elmir Qarayev və Elşən Mirzəyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşırılmaqla cərimə ediliblər.