Cəzaçəkmə müəssisələrində seçkilər tam şəffaf keçiriləcək

2024-cü il sentyabrın 1-də cəzaçəkmə müəssisələrində tam şəffaf seçkilər keçiriləcək.

 

Viral.az xəbər verir ki, bunu iyulun 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edən ədliyyə nazirinin müavini Abiddin Hüseynov deyib.

Son Yazılar:

 

O qeyd edib ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərin səsvermə hüququnun təmin olunması aktual məsələlər sırasında xüsusi yer tutur:

 

“Çünki bir çox inkişaf etmiş ölkələrdə bu prosesin istisnasız həyata keçirilməsi sistemi yoxdur. Amerika və bir çox Avropa ölkələrində ağır cinayət törətmiş şəxslərin səsvermədə iştirakı hələ də təmin edilmir. Amma Azərbaycanda bu məsələ ilə əlaqədar heç bir istisna yoxdur.

 

Seçkilərdə ədliyyə orqanlarının üzərinə düşən ən mühüm vəzifə penitensiar müəssisələrdə saxlanılan şəxslərin seçki hüququnun təmin olunmasıdır. Bununla əlaqədar Mərkəzi və dairə seçki komissiyaları ilə əməkdaşlıq edilir”.