Anasını və həmkəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

Kürdəmirdə iki nəfəri qəsdən öldürməkdə, digər bir nəfəri öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Viral.az xəbər verir ki, bu barədə Kürdəmir Rayon Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, bu il fevralın 9-da Kürdəmir rayonu ərazisində iki nəfərin qəsdən öldürülməsi, bir nəfərə isə xəsarət yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Son Yazılar:

İstintaqla Kürdəmir rayonunun Şıxımlı kənd sakini İ.Alıyevin yaşadığı kəndin ərazisində anası N.Əliyevaya və həmkəndlisi F.Şükürova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsi, qonşusu V.Məmmədova isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında İ.Alıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla iki şəxsi öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə yekun ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq tamamlanaraq ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiqlənib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.