İran xarici işlər nazirinin keçmiş müavini Abbas Əraqçi böyük ehtimalla yeni prezident Məsud Pezeşkianın hökumətində xarici siyasət idarəsinin rəhbəri olacaq.
Viral.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi yeni prezidentə yaxın mənbələrə istinadən bildirib.
Məlumata görə, Məsud Pezeşkianın siyasi məsləhətçiləri hesab edirlər ki, Əraqçi ölkənin Xarici İşlər Nazirliyinə rəhbərlik etmək üçün ən münasib seçimdir.
Son Yazılar:
- Ukrayna ABŞ-dan ilk kömür partiyasını qəbul ETDİ
- Rusiyalı nazir müavini Azərbaycan Prezidentinin nümayəndəsi ilə görüşdü
- Rusiya XİN başçısının müavini Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi ilə görüşdü
“Xüsusi hadisə baş verməsə, siyasətçinin namizədliyi baxılmaq üçün İslam Respublikası parlamentinə təqdim olunacaq”, – Agentliyin mənbəsi bildirib.
Abbas Əraqçi artıq Pezeşkianın xarici siyasət məsələləri üzrə müşaviri vəzifəsində çalışır. O, xüsusilə İslami müqavimət qruplarının liderləri və regionun dövlət başçıları ilə son telefon danışıqları zamanı seçilmiş prezidentə məsləhətlər verib.
Mayın 19-da İranın şimalındakı Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub. Bu səbəbdən də növbədənkənar prezident seçkiləri gündəmə gəlib.
İranda keçirilən növbədənkənar prezident seçkilərinin 2-ci turunda islahatçı namizəd Məsud Pezeşkian qalib gəlib.