“Ukrayna müttəfiqlərindən kifayət qədər dəstək alır”.
Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Ukrayna lideri Vladimir Zelenskinin hərbi yardımın olmaması ilə bağlı şikayətlərinə belə cavab verib. Onun çıxışı alyansın “YouTube” kanalında yayımlanıb.
“Mən inanıram ki, bu doğrudur”, – Qərb ölkələrinin Kiyevə kifayət qədər yardım edib-etməməsi ilə bağlı suala cavab olaraq Amerika dövlət katibi bildirib.
Son Yazılar:
- Rasim Balayevin səhhəti necədir?
- MİQ-ə sənəd verənlərin yaş aralığı – SİYAHI
- Dövlət başçısı iştirakçılara müraciət ETDİ
Qeyd olunur ki, Şimali Atlantika Alyansının Vaşinqtonda keçirilən sammitinin ilk günündə Zelenski ABŞ-nin tədarük etdiyi “Abrams” tanklarının döyüş meydanındakı vəziyyəti dəyişdirə bilmədiyi, hava hücumundan müdafiə sistemləri və F-16-nın tədarükündən şikayətlənib.
(redaktor.az)