Kataloniya “Barselona”sının rəhbərliyi 16 yaşlı hücumçu Lamin Yamalı rekord pula Fransa PSJ-sinə satmaqdan imtina edib.
Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, klub Yamalı komandanın vacib hissəsi hesab edir və onun satışına icazə vermir. PSJ-nin təklifi 250 milyon avro təşkil edib ki, bu da bu transferi futbol tarixinin ən bahalı transferinə çevirə bilər. Qeyd olunur ki, Yamalın kataloniyalılarla müqaviləsində göstərilən təzminat məbləği bir milyard avrodur.
İyulun 9-da Yamal Avropa Çempionatları tarixində ən gənc qol vuran futbolçu olub. Hücumçu 2024-cü il Avropa çempionatının yarımfinalında Fransa ilə matçın 21-ci dəqiqəsində cərimə meydançasının kənarından driblinqlə fərqlənib. İyulun 13-də Yamalın 17 yaşı tamam olacaq.
Son Yazılar:
- Xalq artistinin evini almaq üçün növbə yarandı
- Daha bir azərbaycanlı müharibədə həlak oldu
- “Formula 1″də komandaların sayı ARTACAQ
(redaktor.az)