İsrail “Hizbullah”ın hərbi obyektlərinə hücum etdi

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda “Hizbullah”ın bir neçə silahlı radikalına və hərbi obyektlərinə zərbələr endirib.

Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bu gün səhər saatlarında əsgərlər Livanın cənubundakı Tayr Harf bölgəsindəki hərbi obyektdə bir neçə “Hizbullah” terrorçusunu müəyyən ediblər. İsrail Hərbi Hava Qüvvələri terrorçuların fəaliyyət göstərdiyi hərbi obyektə hücum edib. Paralel olaraq, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Taibe bölgəsində Hizbullahın əlavə hərbi obyektlərinə zərbələr endirib”, – ordunun mətbuat xidməti qeyd edib.

(redaktor.az)