Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus elektrik dirəyini oğurlayan Dilqəm Yusifov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə onun bir müddət əvvəl rayon ərazisindən QSC-yə məxsus daha 3 elektrik dirəyini oğurladığı və bununla da quruma 18000 manatdan artıq maddi ziyan vurduğu məlum olub.
Son Yazılar:
- Ərini baltalayan üç uşaq anası azadlığa BURAXILDI
- İstanbulda aparılacaq danışıqların mövzusu AÇIQLANDI
- Bundesliqa təmsilçisi yeni transferini rəsmən AÇIQLADI
D.Yusifov oğurladığı elektrik dirəklərini əlvan metalların qəbulu məntəqəsinə satıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.