Azay Quliyev Rumıniyada – FOTO

Mayın 29-da Azərbaycan Respublikasının Milli Məclisinin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev Rumıniyaya səfəri çərçivəsində Buxarest şəhərində yerləşən Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib 

 

Viral.az xəbər verir ki, daha sonra Rumıniya Parlamentinin Deputatlar Palatasının vitse-prezidenti Dan Barna ilə keçirilmiş görüş zamanı iki ölkə arasında parlamentlərarası münasibətlərin yüksək səviyyəsi qeyd edilmişdir. Həmçinin, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanmış, bu xüsusda “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin dekabr ayında Rumıniyaya həyata keçirdiyi işgüzar səfəri qeyd edilmişdir. Bununla əlaqədar, ikitərəfli münasibətlərdə enerji, nəqliyyat və bağlantı komponentlərinin oynadığı vacib rol, o cümlədən Avropaya “yaşıl enerji”nin ötürülməsində iki ölkə arasında mövcud əməkdaşlığın önəmi qeyd edilib.

Son Yazılar:

 

Görüş zamanı D.Barna 28 May – ölkəmizin Müstəqillik Günü münasibətilə Azərbaycan tərəfini təbrik edib.

 

Görüşdə Azərbaycanın Rumlniyadakı fövqəladə və səlahiyyətləri səfiri Qüdsi Osmanov iştirak edib.

 

Daha sonra Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyini ziyarət edən A.Quliyev, burada Səfirliyin kollektivi ilə görüş keçirmiş, iki ölkə arasında mövcud əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıb.