Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”nin I yarımil üzrə icra vəziyyətinə dair növbəti iclası keçirilib.
Viral.az xəbər verir ki, iclas çərçivəsində altqrupa üzv olan qurumlar tərəfindən “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”ndə icraçısı olduğu tədbirlər üzrə I yarımil ərzində görülən işlərə dair hesabat təqdim edilib, əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verilib.
Son Yazılar:
- Xalq artistinin evini almaq üçün növbə yarandı
- Daha bir azərbaycanlı müharibədə həlak oldu
- “Formula 1″də komandaların sayı ARTACAQ
Hesabat xarakterli iclas zamanı avtomobil nəqliyyatı üzrə bu yaxınlarda qəbul olunmuş yeni dövlət standartları təqdim olunub. Eləcə də ekoloji təmiz nəqliyyat vasitələrinin idxalı və istifadəsi üzrə müsbət dinamikanın müqayisəli təqdimatı edilib.
“Azərişıq” ASC tərəfindən ölkə ərazisində cari ilin yarımillik dövrü ərzində quraşdırılan Enerji Doldurma Məntəqələri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, artıq elektromobil istifadəçiləri üçün 104 qoşulma nöqtəsi istismara verilib və xüsusi proqram təminatına inteqrasiya edilib.
İclas zamanı, həmçinin ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artırılması üzrə görülən işlər və yeniliklər, eləcə də qeyd olunan nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması sahəsində ən son yeniliklər barədə məlumat verilib.
Bununla yanaşı, əvvəlki iclaslar zamanı verilmiş tapşırıqların icra vəziyyəti müzakirə edilib, növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.
Sonda Yol Xəritəsi üzrə icrası davam edən tədbirlər və qarşıda duran məsələlər müzakirə edilib.
Qeyd edək ki, altqrupa rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) həyata keçirir.