Rusiyanı məğlub etmək üçün bu ölkənin ərazisində Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq lazımdır.
Viral.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.
Son Yazılar:
- Erməni hərbçi minaya DÜŞDÜ
- “Ölkə başçısı nə məsləhət görəcəksə, hazıram”
- 29 yaşlı kişi evində huşsuz tapıldı
“Qələbə qazanmaq istəyiriksə, üstünlük əldə etmək istəyiriksə, ölkəmizi xilas etmək və onu qorumaq istəyiriksə, bütün məhdudiyyətləri aradan qaldırmalıyıq. Mən bu barədə tərəfdaşlarımla – Böyük Britaniyanın lideri ilə, Amerika prezidenti ilə, müdafiə naziri ilə danışmışam. Hamı ilə”, – Zelenski bildirib.
O, həmçinin qeyd edib ki, Ukrayna gec-tez NATO-ya üzv olacaq.