Şirin meyvələr həddindən artıq istehlak edildikdə sağlamlığa ciddi zərər verə bilər.
Viral.az medicina-ya istinadən xəbər verir ki, bunu qastroenteroloq Yevgeniya Melnikova “Gazeta.Ru”ya müsahibəsində deyib.
Bu meyvələrin oxşar xüsusiyyəti tərkibində çoxlu miqdarda şəkər olmasıdır.
Son Yazılar:
- MİQ-ə sənəd verənlərin yaş aralığı – SİYAHI
- Dövlət başçısı iştirakçılara müraciət ETDİ
- Prezident bu əsəsnamədə dəyişiklik ETDİ
“Fruktozanın 85%-i bağırsaqlarda və qaraciyərdə qlükoza və qlikogenə, sonra isə yağlara çevrilir. Fruktozanın həddindən artıq istehlakı mənfi nəticələrə səbəb ola bilər. Məsələn, yağlı qaraciyər xəstəliyi, piylənmə, şəkərli diabet riski artır”, – deyə Melnikova xəbərdarlıq edib.
Onun sözlərinə görə, həddən artıq meyvə istehlakı böyrəklərin fəaliyyətinə mənfi təsir göstərir, həmçinin artıq çəki, alkoqolsuz qaraciyər yağlanması, aterosklerotik lövhələr və hüceyrənin insulinə həssaslığının itirilməsinə səbəb ola bilir.
“Bundan əlavə, meyvənin həddindən artıq istehlakı kalori qəbulunu artırır və oturaq həyat tərzi ilə birlikdə piylənmənin inkişafı üçün əlverişli şərait yaradır”, – deyə həkim qeyd edib.
O, orqanizmə zərər verməmək üçün şəkəri az olan meyvələrə üstünlük verməyi məsləhət görüb: “Moruq, qaragilə, böyürtkən daha yaxşı seçimdir”.