“Bölgədəki sülhü bölmək və ya sülhə kölgə salmaq heç doğru olmaz”.
Viral.az xəbər verir ki, bu sözləri NATO sammiti çərçivəsində Vaşinqtonda mətbuat konfransı keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AZƏRTAC-ın Fransanın Ermənistanı silahlandırması ilə bağlı sualına cavabında deyib. Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla da görüşdüyünü qeyd edib.
Son Yazılar:
- Ərini baltalayan üç uşaq anası azadlığa BURAXILDI
- İstanbulda aparılacaq danışıqların mövzusu AÇIQLANDI
- Bundesliqa təmsilçisi yeni transferini rəsmən AÇIQLADI
“Lazım gəlirsə, bu mövzuları da Makronla müzakirə edərik. Yaxın zamanda onunla təkrar görüşəcəyik və bölgədə mənfi meyllər olarsa, bunu onunla müzakirə edərik”, – deyə Türkiyə Prezidenti əlavə edib.
Məlahət Nəcəfova