Qanunsuz odlu silah əldə edən narkotacirlər SAXLANILDI

Yevlaxda qanunsuz odlu silah əldə edən və narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Viral.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Mahir Əliyev saxlanılıb. M.Əliyevdən “TT” markalı tapança, 4 ədəd patron və patron darağı aşkar edilib. O, silahı bir müddət əvvəl əldə etdiyi və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Son Yazılar:

 

Keçirilən digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini Elşən Abbasov saxlanılıb. Ondan 1 kiloqrama yaxın marixuana aşkarlanıb.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.