Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, tanınmış iqtisadçı ekspert Natiq Cəfərlinin deputatlığa namizədliyini irəli sürdüyü barədə məlumat vermişdik.
33 saylı Xətai birinci seçki dairəsində mübarizəyə başlayan Natiq Cəfərli artıq imzatoplama kampaniyasına da başlayıb və hətta 150 imza toplayıb.
Viral.az xəbər verir ki, bu barədə onun özü bildirib.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
N.Cəfərli seçicilərə müraciət edərək, onları aktov olmağa səsləyib:
“33 saylı Xətai birinci seçki dairəsi, əsasən, Babək Prospektini, M.Hadi, S.Ə.Şirvani, Lütfi Zadə, M.Rüstəmov, Sarayev, Neapol, Qaçaq Nəbi, S.Mirhəsənağa, T.Hacibəyov, R.Quliyev, E.Süleymanov, 1-ci, 2-ci, 3-cü, 5-ci, 9-cu Əhmədli küçələrini əhatə edir…
Bu ünvanlarda yaşayanlardan, yaşayanları tanıyanlardan rica edirəm ki, seçkidə aktiv olsunlar”.
N.Cəfərlinin sözlərinə görə, 33 saylı Xətai birinci seçki dairəsində hər 5 nəfərdən 3-ü seçkinin elan edildiyini bilmir.