Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində çoxmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Viral.az-a nazirlikdən xəbər verilib.
Son Yazılar:
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
- Bu tarixdən iş GÜNÜDÜR
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ilkin ehtimala görə, elektrik təchizatının qəflətən kəsilməsi və invertor qurğusunda yaranmış nasazlıq səbəbindən liftin 1-ci mərtəbədə dayanmayıb buferə dəyməsi nəticəsində iki nəfər xəsarət alaraq liftdə qalıb.
Xilasedicilər müvafiq vasitələrlə liftin qapısını açaraq vətəndaşları aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.