Əvvəlki araşdırmalar tualetin, qapı tutacaqlarının, kranların və hətta telefonların ən çirkli yerlər və əşyalar olduğunu göstərmişdi.
Lakin son araşdırmanın nəticəsi tamamilə fərqli olub.
Viral.az medicina-ya istinadən xəbər verir ki, uzun müddət dəyişdirilməyən yastıq üzü və çarşafların əsl mikrob yuvası olduğu açıqlanıb.
Son Yazılar:
- Prezident bu əsəsnamədə dəyişiklik ETDİ
- İlham Əliyev bu qanunlara dəyişiklik etdi
- Prezidentdən nazirlə bağlı SƏRƏNCAM
Məsələn, yastıq üzlükləri ən çirkli tualetlərdən 17 min dəfə daha çirklidir, çarşaflar isə cəmi bir həftə ərzində hamam qapısının tutacağından təxminən 25 min dəfə çox bakteriya toplaya bilir.
Mövzuyla əlaqədar Prof. Dr. Ergün Tozkoparan bunları deyib:
“Çarşaflar və yastıq üzlükləri mikrobların artması üçün uyğun mühit yaradır. Allergiyaya səbəb olan bəzi parazitlər də buralarda özlərinə uyğun mühit tapırlar. Həmin parazitlər allergik xəstəliklərə səbəb ola bilər”.
Professor həftədə bir dəfə çarşafları yumağın kifayət etmədiyini, yatağın da tez-tez təmizlənməli olduğunu diqqətə çatdırıb.
O qeyd edib ki, yataqdakı natəmizlik həssas insanlarda astma tutmalarına səbəb ola bilər.
“Qrip, yuxarı tənəffüs yolları allergiyası olan insanlarda asqırma, burun axıntısı və xroniki öskürəyə səbəb ola bilər. Həmçinin nəfəs darlığı və xırıltı kimi əlamətlər üzə çıxa bilər. Bu hallarda allergiyanın şiddəti insandan insana dəyişir”.