-->

Bağında narkotik yetişdirən Lerik sakinləri tutuldu

1720848284 66920844b92d266920844b92d3172084640466920844b92d066920844b92d1

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri Zaur Məmmədov və Zöhrab Tahirov saxlanılıblar.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Viral.az-a verilən məlumata görə, həmin şəxslərin yaşadıqları ünvanlara keçirilən baxış zamanı bağ sahəsində kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə 26 ədəd çətənə kolu, əlavə olaraq isə Z.Məmmədovun həyətdəki yardımçı tikilidə, Z.Tahirovun isə torpağa basdırılaraq gizlətdiyi marixuana aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Son Yazılar:

 

Faktlarla bağlı araşdırmalar aparılır.