Bir il ərzində dövlət qulluğuna qəbul zamanı biliyə əsaslanan qiymətləndirmə formasından səriştə əsaslı qiymətləndirmə modelinə keçid edəcəyik.
Viral.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Təlim VI inkişaf sistemində müasir çağırışlar” mövzusunda keçirilən forumda çıxışı zamanı deyib.
Son Yazılar:
- “Boyunu yerə soxduqlarım yanıma gəlmir!” – Meyxanaçı Xəyyam OD PÜSKÜRDÜ
- Türkiyə klubunun baş məşqçisi ÖLDÜRÜLDÜ
- “Nəslimizin belini qırırsan” – Əməkdar artist
DİM sədri bildirib ki, səriştə modeli xarici və yerli ekspertlərlə müzakirə olunub:
“Hüquqi müstəviyə keçid üçün təxminən bir il vaxtımız var. Səriştə modelinə keçid edəndə qiymətləndirmə aparanda fəaliyyətin qiymətləndirilməsi də bu model əsasında aparılacaq. Prosesdə daimi təlimlərin mövcudluğu vacibdir”.