-->

Trampın mitinqi zamanı atəş açıldı, qulağından yaralandı – GÖRÜNTÜLƏR

1720926235 screenshot 2024 07 14 07 02 51 589 com.android.chrome edit

ABŞ-ın sabiq prezidenti, prezident seçkilərində namizəd Donald Tramp səhnədə çıxış edərkən atışma baş verib.

Viral.az xəbər verir ki, siyasətçi qulağından yaralandığını bildirib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs öldürülüb. Atışma zamanı aksiyasının bir iştirakçısı həlak olub, daha iki nəfər isə ağır yaralanıb.

Son Yazılar:

Atışma Donald Trampın Viskonsin ştatının Milbauki şəhərində keçiriləcək qurultayda Respublikaçılar Partiyasından rəsmi olaraq prezidentliyə namizəd olması gözlənilən vaxtdan iki gün əvvəl baş verib. 

ABŞ-ın hazırkı prezidenti Co Bayden mitinqdə baş verən atışmanı pisləyib və xalqı bu cür zorakılığa qarşı birləşməyə çağırıb.

Bayden atışmadan sonra Donald Trampa zəng edib. Telefon danışığının detalları açıqlanmayıb. Bayden Pensilvaniya qubernatoru Coş Şapiro və Butler meri Bob Dandoya da zəng edib. 

Medianın məlumatına görə, cinayət respublikaçıya hücum kimi araşdırılır.