Son aylarda Avropa İttifaqına kiberhücumların sayı 2 dəfə artıb.
Viral.az xəbər verir ki, bu məlumatı AP-yə müsahibəsində Avropa Kibertəhlükəsizlik Agentliyinin (ENISA) rəhbəri Yohan Lepassaar verib.
Son Yazılar:
- Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul ETDİ
- O, necə cərrahi əməliyyat aparıb?
- Metronun bu stansiyasında qatarların hərəkət qrafiki DƏYİŞDİRİLİR
O, bir çox hücumların arxasında Rusiya ilə əlaqəli hakerlərin ola biləcəyini təxmin edir. ENISA-nın 2023-cü il üzrə illik hesabatında “xərac” ödənilənə qədər kompüter məzmununa girişi bloklayan zərərli proqramlardan istifadə edən haker hücumlarının, habelə dövlət qurumlarına qarşı hücumların artdığını qeyd edilib.
Lepassaarın sözlərinə görə, bu hücumların heç də hamısı uğurlu olmayıb. Üstəlik, onların bir çoxu əvvəlcə Ukraynada sınaqdan keçirilib və yalnız sonra Aİ ölkələrinə ötürülüb:
“Bu, onların fiziki olaraq Ukraynada, həm də bütün Avropada rəqəmsal olaraq apardıqları təcavüz müharibəsinin bir hissəsidir”.