Ermənilər təşvişdə – Dərələyəz Azərbaycana qaytarılacaq?

Azərbaycanla Ermənistan arasında növbəti delimitasiya və demarkasiya prosesi Dərələyəz mahalı (ermənilər Geqarkunik deyirlər – red.) istiqamətində ola bilər.

Viral.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Bakı ilə İrəvanın Tavuş və Qazaxdan sonra hansı ərazilərdə demarkasiyaya başlayacağı ilə bağlı müxtəlif proqnozlar var:

Son Yazılar:

“Bəziləri Tavuşdakı anklavlar, digərləri Sotk (Zod) və Vardenis (Basarkeçər), üçüncülər də Sünikdən (Zəngəzur) başlayacağını söyləyirlər.

Dünən bizə Geqarkunik vilayətinin Vahan kəndindən xəbər verdilər ki, tədqiqatçıları yaxınlıqdakı ərazilərdə görüblər. Kənd camaatına bildirilib ki, Azərbaycan bu istiqamətdə bizdən 12 müdafiə mövqeyi tələb edir, artıq təhvil veriləcəyi vədi də verilib”.