-->

Azərbaycanda aktrisa ilə rejissor arasında qalmaqal: “Pulumu ver…”

photo 247407

Hikmət Rəhimov rejissorluğunu etdiyi “Apatiya” filminin ikinci hissəsinin çəkilişlərində qalmaqal yaranıb.

Viral.az xəbər verir ki, bu barədə ekran işində rol alan aktrisa Sanura Cəfərova sosial media hesabında yazıb. Sanura H.Rəhimovu onun və digər işçilərin qonorarını ödəməməkdə ittiham edib:

22950e8b326f5424950f5d67a16896e8sanura55 jpg

Son Yazılar:

“Rejissor” Hikmət Rəhimov, məni hər yerdən blok etdiyin üçün səni buraya işarələyə bilmirəm. Amma əminəm ki, sənə çatdıracaqlar. Buradan demək istəyirəm. Sənə yalnız bir həftə vaxt verirəm (yəni, 22 iyula qədər). Əgər sənin “Apatiya 2″ filmi zamanı mənə və komandanın digər üzvlərinə etdiyin haqsızlıq və əxlaqsızlıqla bağlı məsələlərin qabarmasını istəmirsənsə, çəkiliş meydançasındakı insanların haqqını ver! vaxt getdi”.

Hikmət Rəhimov Sanura Cəfərovanın onun haqqında yazdığı qalmaqallı fikirlərə cavab verib. Bu barədə sənətçi OLAY-a danışıb. d171e9d0cc03739c2ee4cf87733fadd9screenshot 2024 07 16 092110 png

O bildirib ki, aktrisa və komandasının ödənişinin gecikməsinə səbəb sponsordur:

“Sponsor ödəniş eləməlidir. Bir az gecikmə var. Bunu hamı bilir. Qayda və qanun mövcuddur”.