Hüquq və İnsan Haqları İnstitutu hüquq elmi sahəsində fəaliyyət göstərən alim və tədqiqatçıların yazdıqları əsərlər, tədris etdikləri fənlər, h-indeksləri və digər məlumatları əks etdirən vahid elektron məlumat bazasını istifadəyə verib.
Viral.az quruma istinadən xəbər verir ki, bu bazanın köməyi ilə istifadəçilər hüquqşünas alimlərin beynəlxalq göstəriciləri, ixtisaslaşdığı sahələri, elmi əsərləri və tədris etdiyi fənlər haqqında məlumat əldə edə biləcəklər.
Qeyd edilən bazada ilkin olaraq 63 alim və tədqiqatçı haqqında məlumatlar h-indeksi beynəlxalq indikator üzrə sıralanmışdır. Məlumat bazası ilə https://lhri.az/az/LegalScholar linkindən tanış ola bilərsiz.