Çexiyanın Parisdəki səfirliyini yanğın bürüdü

Çexiyanın Parisdəki səfirliyində yanğın baş verib və səfirliyin bütün əməkdaşları təxliyə edilib.

Viral.az lenta.ru-ya istinadən bildirir ki, bu barədə “CT24” telekanalı məlumat yayıb.

“Yanğın olduğunu təsdiqləyə bilərik. Heç kim xəsarət almayıb”, – Çexiya Xarici İşlər Nazirliyinin sözçüsü Daniel Drake mediaya şərhində bildirib.

Son Yazılar:

Alov səfirliyin əsas binasını bürüyüb, lakin fövqəladə hallar xidməti binanı mühafizə edib və hazırda dəymiş ziyanı qeydə alır. Yanğının səbəbi müəyyən edilməyib.

(redaktor.az)