Aktrisa Ülviyyə Xəlilbəyova aktyor həyat yoldaşı Murad İsmayılla boşanmasından ilk dəfə danışıb.
Viral.az-ın məlumatına görə, bu barədə aktrisa “Suallar cavablar” verilişinə müsahibəsində deyib. O, Muradla rəsmən boşandığını təsdiqləyib:
“Şir bürcü ilə əkizlər heç vaxt tutmur. Buna qədər paylaşılan heç bir xəbər doğru olmayıb. Duyğusal biriyəm, paylaşmışam, saytlar verib. Sırf xəbər olsun deyə etməmişəm. Heç mənə sual verməyib paylaşırdılar. Özüm belə özümlə bağlı xəbərləri görməkdən bezmiş adamam. Bəli, rəsmən boşanmışam”.
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağa necə təsir etdiyini AÇIQLADI
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
Ülviyyə qayınanası və baldızından şikayətçi olması ilə bağlı çıxan xəbərləri təkzib edib:
“Mənim ümumiyyətlə baldızım yoxdur”.
Ülviyyə hazırda Muradla olan münasibətlərinə toxunub:
“Muradla münasibətim var, uşaqlarımın atasıdır. Biz dostuq. Uşaqlar mənimlə qalır. Ataları ilə görüşürlər”.
O, Muradla yenidən barışmayacağını deyib:
“Bu haqada düşünmürəm. Biz zatən küs deyilik, dostluğumuz davamedir. Düşmən deyilik. Uşaqlarımız var. Yenidən bir araya gəlmək fikrim yoxdur”.
Qeyd edək ki, onların bu evlilikdən iki oğlu var. // Axşam.az