ABŞ prezidenti Co Bayden koronavirusa yoluxub və xəstəliyin yüngül simptomları müşahidə olunur.
Viral.az-ın məlumatına görə, bu barədə Ağ Evdən məlumat verilib.
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağa necə təsir etdiyini AÇIQLADI
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
“Bu gün Las-Veqasdakı ilk tədbirindən sonra prezident Baydenin COVID-19 ilə bağlı testi pozitiv çıxıb. O, peyvənd olunub və gücləndirilmiş müalicə alıb və onda yüngül simptomlar müşahidə olunur”, – deyə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
Qeyd olunub ki, prezident Delaverdəki evinə gedəcək və burada “özünü təcrid edəcək və bu müddət ərzində bütün vəzifələrini yerinə yetirməyə davam edəcək”.