Bakıda yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında yanğın olub.

 

Bu barədə Viral.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Son Yazılar:

 

Bildirilib ki, paytaxtın Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.