Ötən ay Mingəçevir su anbarında batan balıqçının meyiti tapılıb.
Viral.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Vüqar Həsənovun meyiti aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, iyun ayının 20-də Qax rayon Qaysarlı kənd sakini Hümbətov Rövşən Hümbət oğlu və Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlu Alazan çayının Mingəçevir Su anbarının, Samux rayon ərazisinə tökülən hissəsində qayıqdan suya düşüb və batıblar.
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağa necə təsir etdiyini AÇIQLADI
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən Qax rayon sakini, Rövşən Hümbət oğlu Hümbətovun meyiti öncədən tapılıb və aidiyyəti üzrə təhvil verilmişdi.
Onların hər ikisi balıqçı olub.