“Zərif Məleykənin çiynində çox böyük yüklər daşınır. Xaricdən zərif, incə görünürəm. Bir kişinin görmədiyi qədər yük var çiynimdə. Həyat gözəldir”.
Viral.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova “Xəzərin sahilində” verilişində deyib. Aktrisa həyatından, qızı Gülərdən danışıb:
“Həyatı gözəlləşdirən də, çirkinləşdirən də insandır. Elə zəmanəyə gəlmişik ki, insanlardan nələr görürük. Çox çətindir… Təkbaşıma Allahıma güvənərək, əlim Allahda, yerdə isə zirekli paltarımı geyinib övladımı qoruyuram. Mən qoruyuram, böyük-böyük danışmayım.
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağın bakterial tərkibinə necə təsir etdiyini müəyyən ediblər
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
Evimdə də deyirəm, qanun qanundur. Yalanı sevmirəm. Kiminsə haqqında qeybət etmirəm. Niyə bir insan haqqında pis danışım? Elə yaxşı xüsusiyyətlərini danışaram da… Mənim hamının problemindən çox problemim var. Niyə danışım bunu? Gedib onu özüm həll edəcəyəm”. // Axşam.az