“Azərbaycanda internetin sürəti ilə yanaşı qiyməti də artacaq”.
Viral.az xəbər verir ki, bu fikirləri İnformasiya Texnologiyaları (İT) mütəxəssisi Elvin Abbasov özünün “Facebook” hesabından bildirib. O, hətta vurğulayıb ki, bu proqnoz deyil, rəsmi qanunauyğun yayılan məlumata əsaslanır :
“Bu, proqnoz deyil, provayderlərin “İnformasiya əldə etmək haqqında” qanunauyğun olaraq, 30 gün əvvəl yayımladıqları xəbərdarlıqlara əsaslanıram. İyulun 12-də özəl provayderlər, 17 iyulda isə dövlət provayderləri bu barədə məlumat yayıblar. Məsələyə ilk növbədə istehlakçının perspektivi baxımdan yanaşmağın tərəfdarıyam. İstehlakçı fakt qarşısında qalmamalıdır. Provayderlər vacib məlumatları yalnız öz saytlarında və qəzetlərdə yerləşdirməklə kifayətlənməməli, daha geniş formada yayımlamalıdırlar. Təəssüf ki, nə özəl, nə də dövlət provayderləri bunu etməyiblər. Hazırda ölkədə bütün provayderlər ADSL-dən GPON və digər genişzolaqlı internet infrastrukturuna keçirlər ki, bu da ciddi investisiya tələb edir. Ən ucqar bölgələrdə belə bu infrastrukturun qurulması böyük xərclərə səbəb olur. Əhalinin yüksək sürətli internetə tələbi də artır. Bu səbəbdən provayderlərin qiymət artımına getməsi normaldır”.
Son Yazılar:
- “Beşiktaş” doğma meydanda məğlub OLDU
- Məşhur azərbaycanlı tiktokerin həbsinin detalları – Fotolarla şantaj edirmiş…
- ABŞ dövlət borcu AÇIQLANDI
O, vurğulayıb ki, abunəçilərin internet abunəliyinə qoşulması zamanı maarifləndirilməsi mütləqdir:
“Digər məsələ abunəçilərin maarifləndirilməsidir. Provayderlər bu mövzuda təşəbbüs göstərmirlər. “Onlayn Azərbaycan” layihəsi çərçivəsində genişzolaqlı internet infrastrukturunun qurulması 92%-ə çatsa da, ADSL istifadəçiləri hələ də çoxluq təşkil edir. Bu keçid mərhələsində düzgün maarifləndirmə vacibdir. Təəssüf ki, insanlar yüksək sürətli internet tələb etsələr də, adətən minimal paketləri seçirlər. Provayderlərin abunəçilərə sadəcə sürətin və qiymətin dəyişməsi ilə bağlı məlumatı verməsi ilə kifayətlənmələrinin yetərli olmaması belə məqamda da aydın olur. Təəssüflər olsun ki tələb ilə reallıq üst-üstə düşmədiyi halda narazılıqlar davam edir. Maarifləndirmə iki istiqamətdə aparılmalıdır. İlk olaraq abunəçilər Mbit başına qiymət prinsipinə diqqət yetirməlidirlər. Məsələn, 40 Mbit/s sürət təklif edən internet paketi ayda 18 manatadırsa, Mbit dəyəri 0.45 manat/Mbit olur. Mbit dəyəri sabit qalmaqla sürət və qiymət artımına gedilirsə, istifadəçi daha çox sürəti daha ucuz qiymətə alır. Provayderlərın məlumatlarına əsaslansaq, PPMbit dəyərinin 2 dəfə azaldığını görürük. Bu da abunəçilərin hər Mbit/s üçün daha az ödəyəcəklərini göstərir.
Digər məqam isə sürətlə bağlıdır. Sürətli internet dövrün əsas tələblərindən biri olduğu məlumdur. Buna görədə bütün ölkələr internet surətini yaxşılaşdırmaq üçün adətən yarış içindədirlər. Artıq bizneslərin, sosial aktivlik, iqtisadi fəallıq və digər bütün sahələrin inkişafında demək olar ki, sürətli internetə ehtiyac var. Faylların və məlumatların tez yüklənməsi, veb səhifələrinin daha tez açılması, eyni zamanda məsafədən onlayn işləyən və təhsil alan insanlar üçün sürətli internet çox əhəmiyyətlidir. Bu, həmçinin videokonfransların keçirilməsinə, video, musiqi, serial və filmlərin daha yüksək keyfiyyətdə izlənməsinə imkan verir. Onlayn oyunlar üçün də aşağı ping və yüksək sürət əhəmiyyətlidir. “YouTube”da ən yüksək keyfiyyətli 4K videoları izləmək üçün təxminən 20 Mbps sürətli internet lazımdır, 1080p keyfiyyətində isə ən azı 5 Mbps sürətli bir bağlantı olmalıdır. 720p videolarda 2.5 Mbps və 480p (standart təyinat) videolarda isə 1.1 Mbps sürət kifayətdir.
Ölkədə sürətin artımı ilə bağlı göstəriciləri mütəmadi izləyirəm. Ümumiyyətlə, təqdirəlayiq haldır ki, genişzolaqlı internetin sürət artımında müsbət dinamika hər zaman davam edir. Qlobal şirkət olan “Ookla”nın iyun ayı üzrə hesabatına görə, ölkəmizdə genişzolaqlı internetin sürəti 12 ayda artaraq, orta hesabla 39,87 Mbit/s-ni keçib. Bu, illik sürətin 35% artımı deməkdir.
Orta illik sürət artımının daha yüksək olması üçün ortalama istifadəçinin daha yüksək sürətli internetdən istifadə etməsi zəruri şərtdir. Provayderlərin tarif paketlərində etdiyi dəyişiklərə əsasən növbəti aydan etibarən ölkədə genişzolaqlı internetin minimal sürəti 100 Mbit/s-dən başlayacaq. Bu gediş beynalxalq reytinqlərə də müsbət formada yansıyacaq və orta illik sürətin artımına ciddi təsir göstərəcək”./Ednews