Afaq Bəşirqızının Fatma Mahmudovaya verdiyi hədiyyə – Foto

Xalq artisti Fatma Mahmudova həmkarı Afaq Bəşirqızının ona bağışladığı paltardan danışıb. 

Viral.az xəbər verir ki, aktrisa həmin qara geyimdə “Elgizlə izlə” proqramına qatılıb. F.Mahmudova əvvəlcə geyimi ona kimin verdiyini açıqlamaq istəməyib. O, daha sonra aparıcı Elgiz Əkbərin hədiyyəni verən şəxsin Afaq Bəşirqızı olduğunu dediyi sözləri təsdiqləyib:

“Kiminsə əynindən çıxan paltarı geyinmərəm. Hətta kiməsə verdiyim paltarımı qaytaranda da geyinmirəm. 2005-ci ildə paltarı mənə bağışlayıb. Bir dəfə geyindim və saxladım. Paltarı özü üçün almışdı və sonra bağışladı mənə. Ola bilsin özü bir dəfə geyinib. Heç yumadan geyindim. Əcəb etdim. Kinsiz bir insanam. Mənə addım atdı, mən də onu sevdim”.  // Axşam.az

Son Yazılar: