Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentliyinə namizəd Donald Trampla telefon danışığı aparıb.
Viral.az xəbər verir ki, Ərdoğan danışıq zamanı Trampa qarşı sui-qəsdi bir daha pisləyib və tezliklə sağalmasını arzulayıb.
Türkiyə lideri Tramp sui-qəsd cəhdini demokratiyaya hücum kimi qiymətləndirib və onun proqramlarını davam etdirməsinin demokratiyanı gücləndirdiyini bildirib.