Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Kral III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə paylaşım edib.
Viral.az xəbər verir ki, səfirliyin “X” hesabında Kral III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyü foto paylaşılıb.
“Hər şeyin təzəsi, dostun köhnəsi” başlığı ilə paylaşılan fotoda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də yer alıb.
Son Yazılar:
- Meteohəssas insanların NƏZƏRİNƏ!
- Bu ərazilər plana düşdü: Tezliklə SÖKÜLƏCƏK
- Bakıda aptek müdürü işçisini döydü – GÖRÜNTÜLƏR
Qeyd edək ki, Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdə olub.
Sözügedən foto Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə çəkilib.