Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 806 nəfər namizədlik üçün müraciət edib.
Viral.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
“Partiyaların 585 səlahiyyətli nümayəndəsi artıq qeydiyyatdan keçib. 532 nəfərin isə namizədliyinin irəli sürülməsi təsdiqlənib”, – o qeyd edib.
Son Yazılar:
- Musa Qasımlı növbəti dəfə seçicilərlə görüşdü
- 65 yaşını keçən müəllim fəaliyyətini davam etdirə bilər? – RƏSMİ
- Prezident ona “Şöhrət” ordeni VERDİ – FOTO
MSK sədri vurğulayıb ki, 451 nəfər imza vərəqləri alıb:
“31 nəfər isə imza vərəqlərini qaytarıb. 4 nəfərin namizədliyi qeydə alınıb”, – deyə o bildirib.