ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi Demokratlar Partiyasının üzvlərinə bildirib ki, ABŞ prezidenti Co Baydeni tezliklə prezidentlik yarışından geri çəkilməyə razı sala bilərlər.
Viral.az xəbər verir ki, bu barədə Demokratlar Partiyasındakı mənbələrə istinadən “Vaşinqton Post” məlumat yayıb.
Keçmiş spiker partiya üzvlərinə deyib ki, Bayden noyabrda qalib gəlmək şansına dair ciddi şübhələr fonunda tezliklə seçkidən kənarlaşdırıla bilər. Partiya daxilində hələ də əhəmiyyətli təsirə malik olan Pelosi prezidentin yenidən seçilməkdən imtina etməyə yaxın olduğuna inandığını söylədi.
Son Yazılar:
- Musa Qasımlı növbəti dəfə seçicilərlə görüşdü
- 65 yaşını keçən müəllim fəaliyyətini davam etdirə bilər? – RƏSMİ
- Prezident ona “Şöhrət” ordeni VERDİ – FOTO
Konqresdəki mənbələrin bildirdiyinə görə, Pelosi dəfələrlə Ağ Evdə siyasi böhranı müzakirə etməyə və onu aradan qaldırmaq yollarını axtarmağa hazır olduğunu bildirib. Partiya üzvləri ilə görüşlər zamanı o, əsas bölgələrdə səsvermə məlumatları və Baydenə ictimai dəstək haqqında ətraflı qeydlər aparıb. Mənbələrin bildirdiyinə görə, ABŞ-ın hazırkı prezidenti ilə son söhbətində keçmiş spiker ona sorğunun nəticələrinin Bayden üçün onun düşündüyü qədər ümidverici olmadığını bildirib.
Daha əvvəl Axios portalı bildirmişdi ki, Bayden konqres liderləri, Demokratlar Partiyasının üzvləri və yaxın dostlarının artan təzyiqləri səbəbindən iyulun 20-21-də seçki yarışından çıxdığını elan edə bilər.